Windows-un alternativləri olduğu halda niyə bu qədər populyardır?
"Microsoft"un məhsulları demək olar ki, hər birimizin evində yer almaqdadır. Buna ən sadə misal kompüterlərimizdə yer alan əməliyyat sistemi Windows-u misal göstərmək olar. Niyə digər əməliyyat sistemləri olduğu halda Windows daha çox üstünlük təşkil edir.
Maraqlıdır niyə "Microsoft" bu qədər qlobal xarakter daşıyır? Niyə Windows ən çox hack olunan əməliyyat sistemi olmasına baxmayaraq, onun alternativlərinə maraq bu qədər azdır? Niyə texnologiya aləmində ən yaxşı proqramçılara sahib "Microsoft", pirat Windows sistemini ortadan qaldıracaq proqram yaza bilmir yaxud etmək istəmir?Cavab çox sadədir:
İnsanlar evlərində Windows-u pulsuz istifadə edə bilməsələr onda alternativ olan Linux-a keçid edə bilərlər. Bu halda Windows hal-hazırki hegemonluğunu itirə bilər. İnsanlar alternativləri istifadə etməyə başlasalar, onda bir çox firmalar öz proqramlarını Linux-a uyğun şəkildə proqramlaşdıracaqdır. Belə olan halda "Microsoft" şirkətlərə Windows satması çətinləşir. İnsanların vərdiş halına gətirdikləri şeylər onlar üçün daha asan olduğundan hər yerdə onu axtarırlar. Bunu nəzərə alan "Microsoft" evlərdə piratlara göz yumsa da şirkətlərdən yaxşı pullar qazana bilir.
https://lnkd.in/gtkF28zH







